Türkiyə Suriyaya müdaxilənin tərəfdaıdır

Foto arxiv

Türkiyə beynəlxalq müttəfiqləri ilə birlikdə Suriyada quru əməliyyatlarına başlanmasını istəyir.

Adı çəkilməyən Türkiyə rəsmisi fevralın 16-da deyib ki, Türkiyə Suriyaya təkbaşına müdaxilə etməyəcək:

”Burda konsensus lazımdır, amma bizim mövqeimiz budur ki, qurudan müdaxilə olmadan Suriyada müharibəni dayandırmaq mümkün deyil”,deyə o vurğulayıb.

Qeyd edək ki, Suriya ordusu Rusiya təyyarələrinin dəstəyi ilə Türkiyə sərhədinə doğru yaxınlaşır.

Bundan başqa Suriyadakı kürd qrupları sərhəd boyu iştirakını genişləndirməyə başlayıb.

BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura Suriya ilə bağlı atəşkəs razılaşmasını müzakirə etmək üçün fevralın 16-da Dəməşqdə Suriyanın xarici işlər naziri Walid al-Muallemlə görüşüb.