Yatsenyuk etimadsızlıqdan ötüşdü

Arseniy Yatsenyuk

Ukraynanın baş naziri Arseniy Yatsenyuk parlamentdə etimadsızlıqdan ötüşüb.

Fevralın 16-da keçirilən səsvermədə 194 deputat ona etimadsızlıq göstərsə də bu bəs etməyib.

Onun getməsi üçün azı 226 səs lazım idi.

Prezident Petro Poroşenko hökumətə etimadı bərpa etmək üçün fevralın 16-də Yatsenyuk və baş prokuror Viktor Shokini istefa verməyə çağırmışdı.

Baş prokuror artıq istefa verib.

Baş nazir Arseniy Yatsenyuk son vaxtlar keçmiş baş nazir Yuliya Timoshenkonun “Batkivşina” partiyası da daxil olmaqla hakim koalisiyadakı bir sıra tərəfdaşlarının dəstəyini itirib.