"Fənərbaxça"- "Lokomotiv" 2:0

Foto arxiv

Fevralın 16-da futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin oyunları başlayır.

İlk oyun günündə bir görüş keçirilib.

Türkiyənin "Fənərbaxça" klubu doğma meydanda Moskvanın "Lokomotiv" komandasını qəbul edib.

Görüş 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə qurtarıb.

Son vaxtlar Rusiya-Türkiyə münasibətləri gərginləşdiyindən İstanbulda təhlükəsizilik tədbirləri gücləndirilib.

1/16 final mərhələsinin qalan oyunları fevralın 18-də keçiriləcək.