Oğurlanmış amerikalılar azad edilib

İraq, arxiv fotosu

-

Ötən ay Bağdadda oğurlanmış 3 amerikalı azad edilib. Fevralın 16-da ABŞ Dövlət Departamenti amerikalıların buraxılmasını alqışlayıb, İraq hökumətinə göstərdiyi köməyə görə təşəkkür edib.

Həmin 3 nəfərin səhhətinin normal olduğu, Bağdaddakı ABŞ səfirliyinə verildiyi bildirilir.

Səfirlik yanvarda bir neçə amerikalının itkin düşdüyünü təsdiqləmişdi. İraq hökuməti isə onların “şübhəli mənzildən” oğurlandığını deyirdi. Rəsmilər hadisənin arxasında şiə silahlıların durmasından şübhələnirdi.