OPEC İranla danışacaq

Neftin ucuzlaşması, karikatura

-

Səudiyyə Ərəbistanı və Rusiyanın neft hasilatını dondurmaq təklifi fevralın 16-da neftin qiymətinə təsir göstərə bilməyib. Belə ki, İranın bu razılaşmaya qoşulacağına dair şübhələr var.

OPEC-in Venesuela və İraqdan olan təmsilçiləri fevralın 17-də Tehrana danışıqlara gedir. Onlar ölkənin neft naziri Bijan Zanganeh ilə görüşəcək, İranı dilə tutacaqlar ki, Rusiya, Səudiyyə Ərəbistanı, Qətər, Venesuela və Küveytin elan etdiyi təklifə qoşulsun.

İran sanksiyalar qaldırılandan sonra istehsalı iki dəfə artıracağını bildirib.

Səudiyyə və Rusiya pik həddə neft hasil etdiklərindən çox şey itirməyəcəklər, ancaq İran sanksiyalardan öncəki həddən gündəlik azı 1 milyon barel az neft hasil edir.

Fevralın 16-da Brent neftin barrelinin qiyməti 32.18 dollara düşüb.