-
Prezident İlham Əliyev fevralın 17-də Gəncədə yeni təmir edilən «İmamzadə» kompleksi ilə tanış olub.
APA-nın yaydığı xəbərdə deyilir ki, dövlət başçısı əvvəlcə ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşüb.
Mərasim müqəddəs «Qurani-Kərim»dən ayələrin oxunması ilə başlayıb. Dövlət başçısı mərasimdə nitq söyləyib. Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə çıxış edib. A.Paşazadə dövlət başçısına «Qurani-Kərim» hədiyyə edib.
Mərasimdən sonra dövlət başçısı «İmamzadə» kompleksində yaradılan şəraitlə tanış olub.
Yada salaq ki, Türkiyə prezidentin də fevralın 18-də Gəncə şəhərinə gələcəyi gözlənilir. R.T.Erdoğan Gəncə şəhərində keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etməlidir.
Eləcə də, Gəncədə Əliyevlə Erdoğan-ın ayrıca görüşü gözlənilir.
Görüş çərçivəsində Dağlıq Qarabağ münaqişəsi və eləcə də regiondakı mübahisəli məsələlərdən danışılacağı deyilir.