7 nəfər terrorçuluq ittihamıyla saxlanıb

Arxiv fotosu

-

Rusiya təhlükəsizlik xidməti yeddi nəfəri İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına üzvlük ittihamıyla saxlayıb.

FSB-nin Sverdlovsk şöbəsi fevralın 17-də bildirib ki, şübhəlilər terrorçuluqda ittiham olunur.

Fevralın 7-də Yekaterinburqda həmin qrupun saxlandığı, “əldəqayırma partlayıcı qurğularla terror hücumları” planlaşdırdıqları xəbəri yayılmışdı.

Saxlananlar içində Rusiya və Orta Asiya vətəndaşları var.

Rusiya rəsmiləri Suriyada İŞİD-ə 3 min rusiyalının qoşulduğunu deyir.