Macarıstan Moskva ilə yaxın əlaqələrə çağırır

Vladimir Putin və Viktor Orban

Macarıstanın baş naziri Viktor Orban Rusiya ilə Avropa Birliyi arasında yaxın əlaqələrə çağırıb.

O belə bir bəyanatla Moskvaya səfəri zamanı çıxış edib: ” Hamımız Rusiya ilə Avropa arasında münasibətlərin normallaşmasında maraqlıyıq və bu Macarıstanın maraqlarına cavab verir”, deyə Orban prezident Vladimir Putinlə görüşündə vurğulayıb.

Kremlin məlumatına görə, liderlər ticarət, texnologiya, energetika, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, Macarıstan keçmiş sovetlər dövründə Moskvanın yaxın ticarət tərəfdaşlarından biri olub.

Putin Moskvaya qarşı sanksiyalara görə Avropa Birliyi daxilindəki narazılıqdan faydalanmağa çalışır.