-
İnterpol azərbaycanlı mühasibi beynəlxalq axtarışa verib.
APA-nın xəbərinə görə, barəsində axtarış elan olunan 59 yaşlı Amil Mirzəyev mənimsəmə, israf etmə və vəzifə saxtakarlığında ittiham olunur.
A. Mirəzyev Azərbaycan Texnologiya Universitetinin keçmiş baş mühasibi olub. O, 2015-ci ildə Maliyyə Nazirliyinin universitetdə aşkar etdiyi mənimsəmə cinayətində şübhəli bilinir.
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2015-ci ildə Texnologiya Universitetinə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənmədiyi nəticəsinə gəlib Baş prokurorluğa müraciət etmişdi.