Dəməşq ətrafına hümanitar yardım çatdırılıb

Foto arxiv

Dəməşq ətrafında mühasirəyə alınmış Mouadamiya al-Sham qəsəbəsinə 9 maşın humanitar yardım göndərilib.

Bu barədə fevralın 17-də Yerli Qızıl Aypara cəmiyyəti məlumat yayıb.

Suriya hökuməti fevralın 16-da 7 belə əraziyə humanitar yardım çatdırılmasına içəzə verib.

Məlumatlara görə fevralın 17-də paytaxt Dəməşqdən humanitar yük dolu 100-ə yaxın yük maşını çıxıb.

Proses BMT-nin vasitəçiliyi ilə keçirilir.

Bu yüklər Dəməşq ətrafındakı Madaya, Zabadani və Mouadamiya al-Sham qəsəbələrinə çatdırılmalıdır.

5 ildir ki, davam edən Suriya münaqişəsində 250 mindən çox adam ölüb.