Britaniya təyyarələri havaya qalxdı

Foto arxiv

Böyük Britaniyanın qırıcı təyyarələri ölkənin hava hüdudlarına yaxınlaşan Rusiyanın iki bombardmançı təyyarəsini tutmaq üçün havaya qalxıb.

Bu barədə Reuters agentliyi fevralın 17-də Böyük Britaniyanın müdafiə nazirliyinə istinadla məlumat yayıb.

Britaniyanın “Tayfun” təyyarələri 2015-ci il sentyabrın 11-də də eyni səbəbdən havaya qalxmalı olub.

Qeyd edək ki, bunlar Rusiya-NATO münasibətlərinin korlanması fonunda baş verir.