-
İran bankları SWIFT beynəlxalq ödəniş sisteminə yenidən qoşulmağa başlayır. Son 4 ildə ilk dəfə olaraq beynəlxalq transferlər bərpa olunur.
Yanvarın 16-da İrana beynəlxalq sanksiyalar qaldırılıb. Fevralın 13-dən İran Mərkəzi Bankı və daha 15 bank SWIFT-i bərpa etmək imkanı qazanıb.
Bankların beynəlxalq transfer edə bilməməsi artıq siyasi bir məsələyə çevrilmişdi. Mühafizəkar tənqidçilər şikayətlənirdilər ki, dünya gücləri ilə əldə olunmuş nüvə sazişi Prezident Hassan Rohani-nin verdiyi vədləri doğrultmur.
Bank məhdudiyyətləri Avropaya neft göndərişlərinin bərpasını da yavaşıtmışdı.