-
İraq rəsmiləri bildirirlər ki, İslam Dövləti (İŞİD) silahlı qruplaşması Bağdadın qərbində hərbi vertolyot vurub. İki heyət üzvü və bir hərbçi həlak olub.
Bell vertolyotu fevralın 17-də İŞİD-in nəzarətində olan Fəllücə şəhərindən cənubda vurulub.
Silahlı qruplaşma Twitter-də yaydığı mesajda vertolyotu vurduğunu təsdiqləyib.
Bir gün öncə isə Bağdadın cənubunda MI-17 hərbi vertolyotu vurulub, 9 heyət üzvü həlak olub.