Xırdalan stansiyası nə vaxt açılacaq?

Qatar

-

Bakı-Sumqayıt elektrik qatarının Xırdalan və Biləcəri stansiyalarının açılacağı tarixlər açıqlanıb. Stansiyalar bu ilin sonuna kimi açılmalıdır.

«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun «Turan»a verdiyi məlumata görə, hələ həmin stansiyalarda tikinti işləri aparılır: «Biləcəridəki işlər plana uyğun gedir. Xırdalan stansiyasının tikintisində isə müəyyən texniki problemlər var».

N.Əzməmmədov deyib ki, problemə baxmayaraq, hər iki stansiyanın bu ilin sonunadək açılacağı planlaşdırılıb.

Bakı-Sumqayıt elektrik qatarı ötən ilin sentyabrında istifadəyə verilib.