-
ABŞ Prezidenti Barack Obama Kubaya tarixi səfər edəcək. O, təxminən son 90 il ərzində Kubaya səfər edən ilk ABŞ prezidenti olacaq. Administrasiya rəsmiləri fevralın 17-də bildirib ki, səfər martda Latın Amerikasına daha geniş səfər çərçivəsində həyata keçiriləcək.
Obama və Kuba prezidenti Raul Castro 2014-cü il ildə elan ediblər ki, ikitərəfli münasibətlər normallaşdırılacaq. O vaxtdan bəri tərəflər ticari və diplomatik münasibətləri bərpa edib.
Birləşmiş Ştatlar Havanaya günə 110 uçuş planlaşdırır. Bu, indiki rəqəmdən 5 dəfə çoxdur.
Sonuncu dəfə 1928-ci ilin yanvarında ABŞ prezidenti Calvin Coolidge Kubaya səfər edib.