Dəməşq ətrafına yardım çatdırılıb

Foto arxiv

BMT-nin humanitar maşın karvanı Suriyanın mühasirədə olan rayonlarına yardım çatdırıb.

Təşkilatın məlumatına görə, fevralın17-də Dəməşq ətrafındakı Madaya, Muadhamiya və Zabadani qəsəbələri, habelə 2 kəndə ərzaq və dəva-dərman çatdırılıb.

Bu ərazilər Bashar Assada qarşı mübarizə aparan üsyançıların nəzarətindədir.

Bölgədə ümumilikdə 100 min adam yaşayır.

BMT-nin məlumatına görə, Suriyada mühasirədə olan rayonlarda təxminən yarım milyon əhali var.

Belə bir razılaşma Suriya üzrə beynəlxalq əlaqə qrupunun bu yaxınlarda Cenevrədə keçirilən görüşündə əldə olunub.

Bu razılaşmada həmçinin fevralın 19-da atəşkəs elan edilməsi nəzərdə tutulur.

Amma tərəflərin buna hazır olduğu hələ ki, görsənmir.

5 ildir ki, davam edən Suriya münaqişəsində 350 mindən çox adam ölüb.