Ətraf mühiti çirkləndirənlər cərimələnir

İllüstrasiya

-

Fevral ayının ilk 15 günündə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları ətraf mühiti çirkləndirənləri 30 min manatdan çox cərimələyiblər.

Nazirliyin yaydığı məlumata görə, pozuntularına görə 71 akt və protokol tərtib olunub.

Nəticədə 26 iş üzrə 30770 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib.