“Azadlıq” qəzetinə bir həftə vaxt verdilər

-

“Azadlıq” qəzeti Azərbaycan nəşriyyatına olan borcunun bir hissəsini ödəyib. Qəzet bunu yayım firmalarından əldə etdiyi vəsait hesabına edə bilib.

Qəzetin baş redaktorunun birinci müavini Rövşən Hacıyevin bildirir ki, nəşriyyat qəzetin çapının davam etdirilməsinə razılıq verib. Ancaq cəmi bir həftəliyinə:

“Borcun qalan hissəsi ödənilməsə bir həftədən sonra yenə də eyni problem yaranacaq. Nəşriyyat sadəcə, borcun qalan hissəsinin ödənilməsi üçün 1 həftə vaxt verdi”

“Azadlıq”ın nəşriyyata çap xərclərinə 18 342, kommunal xərclərə görə isə 1064 manat borcu yığılıb. Fevralın 18-də Azərbaycan Nəşriyyatı “Azadlıq” qəzetinə borcla bağlı xəbərdarlıq etmişdi. Nəşriyyat bildirmişdi ki, borc ödənməsə, qəzetin çapından imtina edəcək.