Gürcüstandan Azərbaycana təklif

-

“Gürcüstan hökuməti SOCAR və “Şahdəniz” konsorsiumu ilə danışıqları davam etdirir. Əgər danışıqlar müsbət nəticələnərsə, Gürcüstan Rusiyadan əlavə qaz almaq məcburiyyətində qalmayacaq”.

APA-nın xəbərinə görə, Gürcüstanın energetika naziri Kaxa Kaladze belə deyib.

“Biz SOCAR-la aktiv şəkildə danışıqlar aparırıq.Konsorsiumla da mütəmadi əlaqədəyik. Danışıqlarınmövzusu "Şahdəniz" kəməri ilə əlavə həcmdə qazın nəql olunmasıdır. Düşünürəm ki, biz bu barədə razılıq əldə edə biləcəyik. Belə olarsa, Rusiyadan əlavə həcmdə qaz almağa ehtiyac qalmayacaq” - deyə K. Kaladze bildirib.