►Yeni telefon xidməti
Azərbaycanın rayonlarından, kəndlərindən bir-birləri və Bakı ilə hər hansı bir limit olmadan telefonla danışmaq mümkün olacaq.
Bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RİTN) tərəfindən təqdim edilən yeni xidmətlərdən biridir.
Nazirliyin yaydığı məlumata görə, “585 – Daşınan şəhər telefon nömrəsi” xidməti çərçivəsində Bakı şəbəkəsi statusuna malik sabit telefon nömrələri bölgələrdə də “585” indeksi ilə eyni statusla işləyə biləcək. Yəni, 585 prefiksli nömrəsi olan rayon abunəçiləri (Naxçıvan MR istisina olmaqla) şəhərlərarası, şəbəkədaxili və simsiz telefon şəbəkəsi ilə limitsiz danışıq apara biləcəklər.
Belə nömrələrin istifadəçiləri adi qaydada internet şəbəkəsinə qoşula, internet və televiziya xidmətlərindən yararlana bilərlər.
Xidmətdən istifadə üçün “585” prefiksli telefon çəkilişi həyata keçirmək lazımdır. Telefonun çəkiliş haqqı 30, aylıq abunə haqqı isə 15 manatdır.
Buna da bax...
Sizin brauzer HTML5-i dəstəkləmir