Futbol üzrə Avropa Liqası 1/16 final mərhələsinin ilk oyunları davam edir.
Fevralın 18-də daha 15 oyun keçirilir.
"Qarabağ"ın qrup mərhələsindəki rəqiblərindən olan "Anderlext" evdə "Olimpiakos"u sınağa çəkəcək. "Tottenhem" isə İtaliyada "Fiorentina"nın qonağı olacaq.
"Qəbələ"nin qrup mərhələsindəki rəqiblərindən "Borussiya" (Dortmund) evdə "Portu"nu qəbul edəcək. "Krasnodar" isə səfərdə Çexiyanın "Sparta" (Praqa) klubu ilə qarşılaşır.
Türkiyə təmsilçisi "Qalatasaray" isə İstanbulda İtaliyanın "Latsio" klubunu qəbul edir.
Oyun Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.
18 fevral
Avropa Liqası, 1/16 finalın ilk oyunları
22:00. "Anderlext" (Belçika) - "Olimpiakos" (Yunanıstan)
22:00. "Borussiya" (Dortmund, Almaniya) - "Portu" (Portuqaliya)
22:00. "Fiorentina" (İtaliya) - "Tottenhem" (İngiltərə)
22:00. "Midtiyullan" (Danimarka) - "Mançester Yunayted" (İngiltərə)
22:00. "Sevilya" (İspaniya) - "Molde" (Norveç)
22:00. "Sent-Etyen" (Fransa) - "Bazel" (İsveçrə)
22:00. "Vilyareal" (İspaniya) - "Napoli" (İtaliya)
00:05. "Ausburq" (Almaniya) - "Liverpul" (İngiltərə)
00:05. "Qalatasaray" (Türkiyə) - "Latsio" (İtaliya)
00:05. "Marsel" (Fransa) - "Atletik" (Bilbao, İspaniya)
00:05. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Şalke" (Almaniya)
00:05. "Sion" (İsveçrə) - "Braqa" (Portuqaliya)
00:05. "Sparta" (Çexiya) - “Krasnodar” (Rusiya)
00:05. "Sportinq" (Portuqaliya) - "Bayer" (Leverkuzen, Almaniya)
00:05. "Valensiya" (İspaniya) - "Rapid" (Avstriya)