Hava zərbələrində daha 15 sakin öldü

Foto arxiv

Suriyalı fəallar ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın hava zərbələri nəticəsində azı 15 mülki sakinin öldüyünü xəbər verirlər.

İnsidentin ölkənin şimal-şərqində baş verdiyi və ölənlərdən 3-nün uşaq olduğu bildirilir.

Böyük Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Mərkəzinin məlumatına görə, zərbələr fevralın 18-də “İslam Dövləti” qrupunun nəzarətində olan Hasakeh əyalərindəki 4 kəndə vurulub.

Mərkəz həmçinin bu gücumlarda 9 yaraqlının öldürüldüyünü bildirir.

Mərkəz bildirir ki, fevralın 16-dən bu yana koalisiya qüvvələrinin əyalətdə keçirdiyi hava zərbələri nəticəsində 38 dinc sakin ölüb.

Mərkəzin məlumatına görə, koalisiya qüvvələrinin Suriyada hava əməliyyatlarına başlamasından bu yana 90 uşaq da daxil olmaqla ümumilikdə 332 dinc sakin ölüb.