-
“Eurovision” musiqi yarışmasında səsvermə qaydası dəyişib. Bundan sonra münsiflər heyəti və hər bir ölkədən olan televiziya tamaşaçıları müsabiqə iştirakçılarının çıxışını ayrı-ayrılıqda qiymətləndirəcəklər.
APA-nın xəbərinə görə, qiymətləndirmə zamanı 1-dən 8-dək, habelə 10 və 12 bal veriləcək.
Yekun nəticələr elan olunarkən öncə münsiflər heyətinin verdiyi ballar açıqlanacaq. Buna sonradan tamaşaçı səsverməsinin nəticələri də əlavə olunacaq.