-
Güclü külək Salyan rayonunda fəsadlara səbəb olub. Fevralın 18-də səhər satlarında başlayan güclu külək rayonun elektrik təsərrüfatına ciddi ziyan vurub.
“Report” rayonun fövqəladə hallar komissiyasına istinadən bildirir ki, güclü külək nəticəsində yüksək gərginlikli elektrik naqilləri sıradan çıxıb. Nəticədə rayonun əksər hissəsi 5 saat işıqsız qalıb.
Rayon mərkəzinə elektrik enerjisinin verilişi bərpa olunub. Kəndlərin də elektrik enerjisi ilə təmin olunması üçün işlər davam etdirilir.