-
Fevralın 19-da Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri Tbilisi bəyannaməsini imzalayacaqlar. Xəbəri Gürcüstan Xarici İşlər nazirliyi yayıb.
Bəyannamə xarici işlər nazirlərinin üçtərəfli görüşünün yekununda imzalanacaq.
Fevralın 19-da Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü gözlənilir. Azərbaycan xarici siyasət idarəsinin rəhbəri E. Məmmədyarov artıq fevralın 18-də Tbilisiyə gedib.