“Domodedovo”nun sahibi saxlanıb

Dmitry Kamenshchik

-

Moskvanın Domodedovo aeroportunun sahibi saxlanıb.

Dmitry Kamenshchik 2011-ci ildə aeroporta terror hücumu zamanı təhlükəsizlik tədbirləri ilə bağlı ittihamlarla üzləşib. Rusiya İstintaq Komitəsinin məlumatına görə, Kamenshchik aeroporta daxil olanların yoxlanması üçün yeni sistemin tətbiqinə məsuliyyət daşıyıb və həmin dəyişikliklər aeroportda təhlükəsizliyi zəiflədib.

İstintaq Komitəsi bu ayın əvvəlində daha 3 nəfərə qarşı ittiham irəli sürmüşdü.

Bu həftə keçirdiyi brifinqdə Kamenshchik sənədlər və video nümayiş etdirmiş, komitənin ittihamlarını rədd etmiş, ortada “heç bir cinayətin” olmadığını demişdi.

2011-ci ilin yanvarında Domodedovo aeroportunda bomba partladılıb, 30-dan çox insan həlak olub.