-
AB məhkəməsi İran bankının vəsaitinin altı il ərzində haqsız şəkildə dondurulması barədə qərar çıxarıb. Bununla da AB Şurasının iddiası rədd edilib.
Avropa Ədalət Məhkəməsi fevralın 18-də qərar çıxarıb ki, Bank Mellat-ın vəsaiti 2010-cu ilin iyulundan 2016-cı ilin yanvarınadək dondurulmamalıydı.
Məhkəmə bu bankı İranın nüvə proqramına bağlanması məntiqini qəbul etmədiyini bildirib.
AB Şurası 2010-cu ildən bəri İranın bir sıra maliyyə qurumlarının sərvətini dondurub, bunu İranın nüvə fəaliyyəti ilə əlaqələndirib.