Putinin şəkli olan köynəyə görə cərimələndi

Dmitry Tarasov

Moskvanın “Lokomotiv” klubu Dmitri Tarasovu 300 min avro məbləğində cərimələyib.

Rusiya mətbuatının yazdığına görə, buna səbəb onun bu günlərdə İstanbulda “Fənərbaxça” ilə oyundan sonra etdiyi hərəkətdir.

Qeyd edək ki, futbolçu Avropa Liqasının 1/16 final mərhələsində keçirilən görüşdən sonra köynəyini soyunaraq üzərində Rusiya prezidenti Vladimir Putinin şəkli olan və “Putin ən nəzakətli prezidentdir” sözləri yazılmış formanı nümayiş etdirib.

Buna görə UEFA futbolçunu 10 və ya daha artıq görüşdən kənarlaşdəra bilər. Qərar gələn ay çıxarılmalıdır.

Rusiya mətbuatı yazır ki, görünür “Lokomotiv” klubu bununla UEFA-nın sanksiyasından qaçmağa çalışır.

Türkiyənin ötən ilin noyabrında Suriya sərhədi yaxınlığında Rusiyanın hərbi təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşib.

Rusiya buna görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib, Ankara ilə birgə layihələrdən çıxıb.