Ombudsman hesabat verəcək

Elmira Süleymanova

-

Martın 4-də parlamentdə 2015-ci il üzrə Ombudsmanın illik hesabatı müzakirə ediləcək.

APA-nın məlumatına görə, ombudsman Elmira Süleymanova martın 4-də Milli Məclisdə illik hesabatını təqdim edəcək.

Yazılı hesabat gələn həftə açıqlanacaq.

Parlamentdə hər il ombudsmanın hesabatı ətrafında müzakirə aparılır. Müzakirələr bir neçə saat çəkir.