Kürd qrupu cavabdehliyi üzərinə götürdü

Foto arxiv

Fevralın 17-də Ankarada törədilən partlayışa görə cavabdehliti “Kürdistan Azadlıq Qırğıları” qrupu üzərinə götürüb.

Qrupun internetdə yaydığı məlumatına görə 28 nəfərin ölümü ilə nəticələnmiş bu partlayışı əslən Türkiyədən olan 26 yaşlı kənc törədib və məqsəd polisdən qisas almaqdır.

2015-ci ilin dekabrında İstanbul hava limanının atəşə tutulmasına görə cavabdehliyi də bu qrup üzərinə götürmüşdü.

Əvvəllər PKK ilə əlbir olduğunu deyən bu qrup, indi müstəqil fəaliyyət göstərdiyini deyir.