Atəşkəs yenə pozulub

-

Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, sutka ərzində erməni silahlı qüvvələri atəşkəs rejimini ümumilikdə 113 dəfə pozub. Azərbaycan milli ordusunun Qazax, Gədəbəy, Goranboy rayonlarındakı mövqeləri iriçaplı pulemyotlardan atəşə tutulub.

Azərbaycan tərəfinın də cavab zərbələri endirdiyi bildirilir.