Suriyada baş verən partlayışda 25 adam ölüb

-
Fevralın 21-də Suriyanın Homs şəhərində baş verən iki partlayış nəticəsində 25 adam ölüb. Onlarla yaralı var.
Ölənlərin çoxu mülki şəxslərdir.

Bu haqda Suriya televiziyası Homs qubernatoruna istinadən məlumat yayıb.

Homs şəhəri Suriya ordusunun nəzarəti altındadır.

Yanvarın 20-də intiharçının özünü partlatmaı nəticəsində bu şəhərdə 20-dən çox adam həlak olmuşdu.

Həmin partlayışı İŞİD üstünə götürmüşdü.