Fəllücədə döyüş dayandırılıb

Fəllücə yaxınlığı, arxiv fotosu

-

İraqın Fəllücə şəhərində tayfalarla İslam Dövləti (İŞİD) silahlı qruplaşması arasında döyüşlər dayandırılıb. Səbəb yaraqlıların onlarla sakini əsir götürməsidir. Saxlananların sayının 60, hətta 100-dən çox olduğu bildirilir.

Yerli rəsmi döyüşlərinin dayandırılmasını saxlananların edam oluna biləcəyi sarıdan qorxuyla izah edib.

Sünni ərəb tayfaları ilə İŞİD silahlıları arasında Fəllücə döyüşləri fevralın 19-da başlanıb. Hər iki tərəfin itki verdiyi bildirilir.

Əməliyyat bir neçə günə bərpa oluna bilər. İraq ordusu şəhər ətrafına yeni qüvvələrin gəldiyini açıqlayıb. Fəllücə İŞİD-in nəzarətindədir.