-
Fevralın 21-də Bakının Xəzər rayonu ərazisində dənizdə 2 nəfər balıqçı köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı xəbər verir ki, hadisə «Buzovna» sularda xilasetmə məntəqəsindən 3 km aralıda, nəzarətsiz ərazidə qeydə alınıb.
FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıcları bu iki nəfəri xilas edərək, qayığı da sahilə çıxarıblar. Əməliyyat saat 21:20-də başa çatıb.