Şəmkirdə 39 yaşlı kişi özünü asıb

Foto illüstrasiya

-

Şəmkir şəhər sakini, 39 yaşlı Ramil Əkbərovun yaşadığı ünvanda özünü asdığı bildirilir. APA bu xəbəri rayon prokurorluğuna istinadən yayıb.

Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə işi başlanıb, araşdırma aparılır.