Cavusoglu Suriyaya müdaxilədən danışdı

Mevlut Cavusoglu

Türkiyə ilə Səudiyyə Ərəbistanı Suriyada heç bir quru əməliyyatı keçirməyəcək.

Bunu fevralın 22-də Türkiyənin xarici işlər naziri Movlut Cavusoglu deyib.

O bildirib ki, istənilən bu cür qərar “İslam Dövləti” qrupu ilə mübarizə aparan beynəlxalq hərbi koalisiyanın bütün üzvləri tərəfindən qəbul edilməlidir.

Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiya Suriyada yalnız hava əməliyyatlarında iştirak edir.

Cavusoglu bir daha Rusiyanın Suriyada keçirdiyi hava əməliyyatlarının atəşkəsə başlıca əngəl olduğunu bildirib.

Cavusoglunun sözlərinə görə ötən həftə atəşkəsə hazır oduğunu bəyan edən Suriya müxalifəti fevralın 23-də Ər Ryadda görüş keçirəcək.

Suriya prezidenti Bashar Assadın da fevralın 21-də müəyyən şərtlərlə atəşkəsə razılıq verdiyi bildirilir.

Təxminən 5 ildir ki, davam edən Suriya münaqişəsində 250 mindən çox adam ölüb.