Cameronun parlamentdə çıxışı olacaq

David Cameron

Böyük Britaniyanın baş naziri David Cameron fevralın 22-də ölkə parlamentinə bu günlərdə islahatlarla bağlı Avropa Birliyi ilə əldə etdiyi razılaşmanı təqdim etməlidir.

Cameron bununla ölkəsinin Avropa Birliyində qalmasına çalışır.

London meri Boris Johnson isə bu arada bəyan edib ki, baş nazirin vasitəçilik cəhdlərinə baxmayaraq o ölkəsinin Avropa Birliyindən çıxmasına yönəlmiş kampaniyanı dəstəkləyəcək.

O fevralın 22-də deyib ki, bu razılaşma ikitərəfli münasibətlərdə elə də böyük dəyişikliyə səbəb olmayacaq.

Hökumət üzvlərinin əksəriyyəti Cameronun fevralın 19-da Brüsseldə Avropa Birliyi ilə əldə etdiyi razılaşmanı dəstəkıəyir.

Amma 6 nazir bəyan edib ki, onlar səsvermədə ölkənin Avropa Birliyindən çıxmasına səs verəcəklər.

Qeyd edək ki, razılaşmada Böyük Britaniyanın blokdakı statusunun artırılması nəzərdə tutulur.

Söhbət əsasən Britaniyaya qaçqın axınının azaldılması üçün sosial təzminatların azaldılması və avrozonaya heç vaxt qoşulmamaq hüququndan gedir.

David Cameronsa xəbərdarlıq edib ki, əgər Böyük Britaniya Avropa Birliyindən çıxsa hakimiyyəti itirəcək.

İyunda Böyük Britaniyada məsələ ilə bağlı referendum keçirilməlidir.