Macarıstan qaçqınların artdığını deyir

Foto arxiv

Macarıstan fevralda ölkənin cənub sərhədindən miqrant axının kəskin artdığını bildirir.

Bu, Macarıstanın ötən il Serbiya ilə sərhəddə tikanlı məftillərdən səd çəkməsindən sonra ilk belə haldır.

Yerli hakimiyyətin məlumatına görə, fevralın 1-dən bu yana sərhədi 1500-dək qamumsuz miqrant keçməyə cəhd göstərib ki, bunun 500 nəfəri fevralın 19-dan bu yana aiddir.

Polisin sözlərinə görə, onların əksəriyyəti Mərakeş,İran və Pakistandan olan “iqtisadi miqrantlar”dır.

Qeyd edək ki, Avropa Birliyi ölkələri son vaxtlar Suriyadan fərqli olaraq digər ölkələrdən gələn bu cür qaçqınları deportasiya etməyə hazırlaşırlar.

Ötən il Macarıstandan digər Avropa Birliyi ölkələrinə 300 mindək qaçqın keçib.

Bu sərhədlərin bağlanmasından əvvəl baş verib.

Təkcə Almaniya ötən il 1 milyondan çox qaçqın qəbul edib.