Prezident AFFA-ya 2 milyon ayırdı

-

Prezident İlham Əliyev Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına 2 milyon manat ayırıb.

Ölkə başçısının imzaladığı sərəncama görə, həmin vəsait Azərbaycanda keçiriləcək 17 yaşınadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin təşkilinə xərclənəcək. Final oyunları bu ilin yayında Bakıda keçirilməlidir.

Bu il Azərbaycan həmçinin Formula-1 və 42-ci Şahmat Olimpiadasına ev sahibliyi edəcək.

2017-ci ildə isə Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək.