Əfqanıstanın Parvan əyalətində törədilən partlayışda azı 13 nəfər ölüb.
Əyalətin polis rəisi Zaman Mamozainin məlumatına görə, partlayışı fevralın 22-də klinika və bazarın ətrafında polis geyimində olan intiharçı törədib.
Polis rəisi ölənlərdən 9-nun dinc sakin, 4-nün isə polis olduğunu deyir.
Bundan başqa 19 nəfər xəsarət alıb.
Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.
BMT-nin bu ölkədəki missiyasının məlumatına görə, 2015-ci ildə Əfqanıstanda törədilən bu cür hücumlarda 11 min adam ölüb ki, onların əksəriyyəti mülki sakinlərdir.