“AB cəlbediciliyini itirib”

Aleksandar Vucic

-

Avropa Birliyi bloka qoşulmaq istəyən bəzi Balkan ölkələrindən ötrü cəlbediciliyini itirib. Səbəb miqrant böhtanı və Britaniyanın blokdan çıxa biləcəyi sarından narahatlıqdır. Bunu Serbiyanın Baş naziri Aleksandar Vucic fevralın 22-də Londondan jurnalistlərə deyib. Onun sözlərincə, Serbiya hələ də AB-yə qoşulmağa ümid bəsləyir. Ötən il rəsmi danışıqlar başlanıb.

Ancaq baş nazir deyir ki, blok ona qoşulmaq istəyən Balkan ölkələri üçün “sehirli gücünü” itirib. “Bəli, hamımız qoşulmaq istəyirik, ancaq bu, daha keçmişdəki kimi böyük arzu deyil”.

Yaxın Şərqdə müharibə və səfalətdən qaçan yüz minlərlə qaçqın əsasən Balkanlardan keçir, AB-də sığınacaq almaq istəyir.