Parlament qanunu dəyişdi

-

Parlament prezidentin təsdiqləməyib geri qaytardığı “Valyuta tənzimi haqqında” qanunu dəyişikliklərdən sonra yenidən qəbul edib.

“Valyuta tənzimi haqqında” qanuna dəyişikliklər ölkədən kənara köçürülən xarici valyuta məbləğindən 20 faizin dövlət büdcəsinə ödənilməsini nəzərdə tuturdu. Parlament ölkə başçısının bu müdəanı məqbul hesab etməməsini doğru sayıb.

Prezident fevralın əvvəlində Milli Məclisin qəbul etdiyi “Valyuta tənzimi haqqında” qanuna dəyişikləri imzalamayıb geri qaytarmışdı. Qanuna əsasən, daimi və müvəqqəti yerləşən fiziki, hüquqi şəxslər Azərbaycandan kənara xarici valyuta köçürərkən, əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımı tam dövlət büdcəsinə ödəməli idilər. Burada bəzi kateqoriyalı şəxslər istisna təşkil edirdi.