-
ABŞ-da prezidentliyə respublikaçılardan namizəd olmağa iddialı milyarder Donald Trump Nevada ştatında ilkin seçkini udur. İlkin nəticələr bunu deməyə əsas verir.
Hələlik səslərin 42 faizini toplamış Trump rəqiblərini xeyli qabaqlayıb. Onun ard-arda qələbə qazanması noyabrda keçiriləcək prezident seçkisində respublikaçılardan namizəd olmaq şansını artırır.
Texasdan senator Ted Cruz 25 faiz, Floridadan senator Marco Rubio isə 21 faiz səs toplayıb.