Britaniya kraliçası II Yelizaveta fevralın 24-də London metrosunda yeni stansiyanın tikintisi ilə tanış olub.
Bu stansiyaya kraliçanın adı verilib.
II Yelizaveta tikintisi ilə tanış olmaq üçün yerin altına düşüb.
O tuneldə tikintini aparan şirkət rəhbərləri və fəhlələrlə görüşüb, üzərində “Yelizaveta xətti” yazılmış lövhənin açılışını edib.
Yeni stansiya və xəttin 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Yeni xət paytaxtın ayrı-ayrı rayonlarını birləşdirəcək.
Kraliça Yelizaveta 1969-cu ildə krallığın tarixində ilk dəfə metroya minən ilk qadın monarx olub.