"Turizm Davosu" Bakıda keçiriləcək

Bakı

-

Səyahət, turizm və qonaqpərvərlik sənayesinin “Davos Forumu” sayılan Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin (WTFL Think Tank) növbəti toplantısı Bakıda keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin məliumatına görə, forum 5-6 mart tarixlərində keçiriləcək.

Foruma 10-dan artıq ölkənin turizm nazirləri, beynəlxalq təşkilatların rəhbərləri və turizm üzrə tanınmış ekspertlər qatılacaq. Forumun mövzusu “İnkişafda olan turizm məkanları üçün müvəffəqiyyət faktorları” olacaq.

Azərbaycan son forumda qonaq ölkə qismində iştirak edib. Həmin forum ötən il İsveçrədə keçirilmişdi.