Tanınmış xanəndəyə orden verildi

Səkinə İsmayılova

-

Azərbaycan prezidenti İlham Əliyev tanınmış xanəndə Səkinə İsmayılovanın “Şöhrət ordeni verilməsiylə bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, orden ona “Azərbaycan muğam sənətinin inkişafında və təbliğində xidmətlərinə görə" verilir.

Xalq artisti Səkinə İsmayılova 1956-cı ildə Bakıda doğulub.

Asəf Zeynallı adına Musiqi Məktəbinin muğam sinfini bitirib.

Mədəniyyət və İncəsənət Universitetində təhsili alıb.

Səkinə xanım qavalla muğam oxuyan ilk qadın xanəndədir