Obama atəşkəsə ehtiyatla yanaşır

Barack Obama

Barack Obama

ABŞ prezidenti Barack Obama Suriya ilə bağlı atəşkəs razılaşmasına ehtiyatla yanaşdığını deyir.

Prezident qeyd edib ki, fevralın 27-də qüvvəyə minməli olan atəşkəslə bağlı danışıqlarda müəyyən irəliləyiş olmalıdır.

Obama fevralın 24-də Vaşinqtonda İordaniya karalı Abdulla ilə görüşdə beynəlxlaq koalisiya qüvvələrinin Suriya və İraqda əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib, amma qeyd edib ki, hələ çox iş görülməlidir.

Rusiya prezidenti Vladimir Putin isə fevralın 24-də Səudiyyə Ərəbistanın kralı Salmanla telefon söhbətində Suriyadakı vəziyyəti müzakirə edib.

O bundan sonra eyni məsələni iranlı həmkarı Həsən Rouhani ilə də müzakirə edib.

Qeyd edək ki, Suriya ilə bağlı atəşkəs razılaşması “islam Dövləti” qrupu, “Əl Nüsrə” cəbhəsi və BMT-nin terrorçu təşkilat hesab etdiyi digər qruplara şamil edilmir.