-
Rusiyanın Lokomotiv Moskva komandası azarkeşlərinə xəbərdarlıq edib ki, fevralın 25-də Avropa liqası çərçivəsində Türkiyənin Fenerbahce klubuyla oyunda siyasi şüarlar səsləndirməsinlər.
Lokomotiv oyunçusu Dimitri Tarasov ötən həftə İstanbuldakı oyunda Putin-in şəkli olan köynək geyindiyindən cərimələnəcək. Həmin oyunda Rusiya 0-2 hesabıyla uduzub.
“Xahiş edirik, siyasi şüarlardan çəkinin”, Lokomotiv fevralın 24-də azarkeşlərinə bildirib.
Rusiyanın Daxili İşlər Nazirliyi də azarkeşləri təxribatçı hərəkətlərdən çəkinməyə çağırıb.
Tarasov-un köynəyində Moskvanın Krımı ilhaqını dəstəkləyən şüar da yer almışdı.
Türkiyə Suriya ilə sərhədində Rusiya təyyarəsini vurandan sonra ikitərəfli münasibətlər pisləşib.