«Azərişıq»la «Azərsu» borcları şişirdir?

Sayğac

-

«Ruslan – S» şirkəti «Azərişıq»ı, «Aydın Səməd» və «Sevinc» firmaları isə «Azərsu»yu məhkəməyə verib. Hər üç şirkət enerji və su təchizatçısının borcları şişirtdiyini iddia edirlər.

APA-nın xəbərinə görə, şirkətlər borcun silinməsinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati İqtisad Məhkəməsinə müraciət ediblər. Məhkəmədən şişirdilmiş borc məbləğinin ləğv edilməsi istənilir.