-
İran prezidenti bu il Azərbaycana səfər edə bilər.
APA bildirir ki, bu haqda İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin fevralın 25-də xəbər verib.
Fevralın 23-də Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasında səfərdə olub.
Bu səfər çərçivəsində 2 ölkə arasında əməkdaşlığa dair 11 sənəd imzalanıb.